Gündəm

Qaradağda uçan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA

Qaradağda uçan körpü ilə bağlı RƏSMİ AÇIQLAMA

İntensiv yağıntılar nəticəsində sel suları Qaradağ rayonu ərazisində Səngəçal-Ceyildağ avtomobil yolunun üzərində yerləşən körpüdə fəsadlar törədib.

Nəticədə qəsəbənin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Baş vermiş hadisə ilə bağlıOxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəriAnar Nəcəflifaktı təsdiqləyib.

"Körpünün bir hissəsi uçub. Hazırda əməkdaşlarımız tərəfindən körpünün yanından alternativ yolun çəkilməsi işləri həyata keçirilir. Körpü tam bərpa olunana qədər vətəndaşlar həmin alternativ yoldan istifadə edə biləcəklər", - deyə A.Nəcəfli bildirib.

NE
Nihadə Eyyubova