Dünya Özəl

Müqəddəs bulaqdan su içən turistlər vəba xəstəliyinə yoluxub

Müqəddəs bulaqdan su içən turistlər vəba xəstəliyinə yoluxub

Efiopiyada müqəddəs bulaqdan su gətirən avropalı turistlərvəba xəstəliyinə yoluxublar.

Demokrat.az xəbər verir ki, bu barədə Telegraaf məlumat verir.

Yeddi avropalı turist Efiopiyada müqəddəs Bermel Giyorgis bulağı ziyarət etdikdən sonra vəbaya yoluxub. Eurosurveillance jurnalının hesabatına görə, qurbanlardan üçü Almaniyadan, dördü isəBöyük Britaniyadandır.

Onların hamısı müqəddəs sudan içiblər.

Bütün xəstələr sonradan sağalsalar da, ikisi reanimasiyaya düşüb. Həkimləri xüsusilə narahat edən vəba vibrionunun əksər antibiotiklərə davamlı olmasıdır.

Bu hadisə Afrika vəbasının Avropaya gətirilməsinin nadir nümunəsi olub.

Efiopiya pravoslav Tevahedo kilsəsinə məxsus müqəddəs bulaq məşhur ziyarət yeridir.

Möminlər mənəvi təmizlənmə və şəfa axtarmaq üçün oraya baş çəkirlər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova