Dünya

Justin Timberlake-in Bakıda baş tutacaq konsertinin biletləri artıq satışdadır

Justin Timberlake-in Bakıda baş tutacaq konsertinin biletləri artıq satışdadır

Nəhayət, çoxdan gözlənilən an gəlib çatdı!

Justin Timberlake“The Forget Tomorrow” dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanlı izləyicilərinin qarşısında çıxış edəcək!

iTicket ProductionvəDream Group İnternationalşirkətlərinin təşkilati dəstəyi ilə keçiriləcək tədbirin biletləri artıq satışdadır.

27 iyul 2025-ci iltarixindəBakı Olimpiya Stadionundabaş tutacaq konsertin biletlərini rəsmiiTicket.azsaytı, mobil tətbiqi və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.

Dünyanın ən tanınmış pop ifaçılarından biri olanJustin Timberlake, musiqi, kino və şou-biznes sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.

Justin-in uğurları təkcə musiqi ilə məhdudlaşmır.10 “Grammy”, 4 “Emmy”və“Can’t Stop the Feeling!”hitinə görə“Oskar”nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.

Əgər siz də bu unudulmaz axşamın bir parçasına çevrilmək istəyirsinizsə, biletləri əldə etməyə tələsin!

NE
Nihadə Eyyubova