ABŞ-nin Nyu-York ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Demokrat.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, hava gəmisinin göyərtəsində altı nəfər olub.
İnsident nəticəsində azı bir nəfər həlak olub.
Bildirilir ki, "Mitsubishi MU-2B" təyyarəsi Kopeyk şəhəri yaxınlığındakı tarlada qəzaya uğrayıb.
Hadisənin səbəbi bilinmir.


