Gündəm Özəl

Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda keçid balları artacaq

Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu ixtisaslarda keçid balları artacaq

“Bu il 1-ci qrup üzrə ən yüksək bal artımı İnformasiya təhlükəsizliyi və Kompüter mühəndisliyi ixtisaslarında olacaq. 1-ci ixtisas qrupunda yeni açılacaq Data analitkası və Proqram təminatı mühəndisliyi ixtisaslarının da keçid balının 500-dən yuxarı olacağı proqnozlaşdırılır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.

Ekspert bildirib ki, 1-ci qrupda qida texnologiyası, kənd təsərrüfatı ixtisaslarında da müəyyən bal artımı olacaq:

Digər bal artımının olacağı qrup 5 ci qrupdur. Bu qrupda həm qabiliyyət imtahanlarının balları, həm də keçid ballarında artım olacaq.

Digər qruplarda keçən ilə nisbətən ixtisasların ballarında kəskin fərqlənmələr gözlənilmir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova