Jurnalist, Qarabağ qazisi, “Vətəninfo” Xəbər Portalının baş redaktoru Nahid Canbaxışlının 50 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yenicag.azxəbər verir ki, yubiley mərasimində Azərbaycan Mətbuat Şurasının sədriRəşad Məcid,“Yeni Müsavat” qəzetinin baş redaktoruRauf Arifoğlu,Suraxanı Rayon İcra Hakimiyyətinin başçısıAdil Əliyev,Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədriCamal Yanğın, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan jurnalistin dostu, “Yeni Çağ” Media Qrupunun rəhbəriAqil Ələsgər Nahid Canbaxışlınınhəm döyüş, həm media yolundan bəhs edərək,
zəhmətkeş jurnalisti təbrik edib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədriRəşad Məcid Nahid CanbaxışlınınAzərbaycan mətbuatına verdiyi töhfələrdən söz açaraq onu fəxri diplomla təltif edib.
Yubiley tədbiri çərçivəsində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiriBirol Akgünvə Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş üzrə komitəsinin sədri, Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkiliFazil Mustafanınyubilyara ünvanladıqları təbrik məktubları səsləndirilib.
Daha sonra jurnalistlər, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri və digər iştirakçılar çıxış edərəkNahid Canbaxışlını50 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar. 






