Dünya Özəl

"Çin artıq ABŞ-dan daha çox gəmiyə malikdir"

Çin artıq ABŞ-dan daha çox gəmiyə malikdir

NATO Çinin hərbi-sənaye kompleksinə (MİK)qoyulan sərmayələrdən və Çin ordusunun inkişafından təəccüblənib.

Demokrat.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte bildirib.

Rutte qeyd edib ki, Çinin hərbi-sənaye bazasını genişləndirməsinə baxsanız, Çin haqqında sadəlövh ola bilmərsiniz.

Onun sözlərinə görə, Çin artıq ABŞ-dan daha çox gəmiyə malikdir və 2030-cu ilə qədər Pekin nüvə başlıqlarının sayını minə çatdıracaq.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova