Hadisə

Lənkəranda toyda gəlinin dayısı öldü

Lənkəranda toyda gəlinin dayısı öldü

Lənkəranda toydaölüm hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Lənkəran şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Belə ki, Cəlilabadın Qarayar kəndindənLənkərana bacısı qızının toyuna gedən 1976-cı il təvəllüdlüSəyyad Yaqubovun halı anidən pisləşib.

O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, kişi ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova