Dünya

Kral III Çarlz ictimai vəzifələrinə qayıtdı

Kral III Çarlz ictimai vəzifələrinə qayıtdı

Britaniya Kralı III Çarlz bu həftə ictimai vəzifələrinə qayıdıb.

Demokrat.az xəbər verir ki, bu barədə Bukinqem sarayının sözçüsü bildirib.

Xatırladaq ki, Britaniya Kralı III Çarlz martın 27-də xərçəng müalicəsi zamanı yaranan yan təsirlərə görə qısamüddətli xəstəxanada müşahidə altına alınıb. 76 yaşlı monarx həftəsonu evində dincəlib. Bu cür yan təsirlərin xərçəng müalicəsi alan xəstələr üçün qeyri-adi olmadığı və kralın ümumi müalicə prosesinin müsbət istiqamətdə davam etdiyi bildirilib.

NE
Nihadə Eyyubova