Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul meri vəzifəsindənuzaqlaşdırılmışƏkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmən elan edib.
Demokrat.az xəbər verir ki, bu barədə ana müxalifət partiyasısosial şəbəkədəpaylaşım edib.
"Yolumuz uzun, həyəcanı yüksək gəncliyimiz var!" başlıqlı paylaşım "Prezidentliyə namizədimiz Əkrəm İmamoğlu" yazılı şəkillə müşayiət olunub.
Xatırladaq ki, martın 23-də, İmamoğlunun "korrupsiya" işi üzrə istintaqı çərçivəsindəhəbsedildiyi gün, CHP prezidentliyə namizədin müəyyənləşdirilməsi üçün ilkin seçkilər keçirib. Partiya üzvləri üçün standart səsvermədən başqa, partiyasız şəxslərin də səs verə biləcəyi "həmrəylik məntəqələri" yaradılıb.
CHP-nin sədri Özgür Özəl səsverməyə 15 milyona yaxın vətəndaşın qatıldığını açıqlayıb. İmamoğlu ilkin seçkilərin alternativsiz namizədi olub. /"Report"


