Dünya

Ukrayna XİN: "Bu il münaqişəyə son qoymağa hazırıq"

Ukrayna XİN: Bu il münaqişəyə son qoymağa hazırıq

"ABŞ ilə Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra Ukrayna bu il münaqişəyə son qoymağa hazır olduğunu bildirir".

Bu sözləri Ukrayna xarici işlər naziri Andrey Sibiqa Nyu-Delhidə (Hindistan) keçirilən "Raysinin dialoqu" konfransında çıxışı zamanı deyib. "Biz buna hazırıq", - deyə o vurğulayıb.

Andrey Sibiqa ABŞ və Ukrayna nümayəndələrinin Ciddədə (Səudiyyə Ərəbistanı) görüşündən sonra Kiyevin "fərqli sürət"lə hərəkət etdiyini vurğulayıb. (Oxu.az)

NE
Nihadə Eyyubova