Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
Demokrat.az bildirir ki, bu barədə onun qızı Aysel Ziyadxanlı bildirib.
Z.Əliyev bu gün saat dünyasını dəyişib.
O, Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı kimi tanınırdı. Ziyadxan Əliyev 1948-ci il iyul ayının 1-dəŞəmkirdə anadan olub. Sonradan ailəsiŞamaxı rayonunaköçmüşdür. O, 1974-cü ildəƏ. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonradan İ. Y. Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində (1976–1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən isə bu təşkilatın Rəyasət Heyətinin üzvü idi.
Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildəAzərbaycan Dövlət İncəsənət Muzeyindəbaşlayan Z. Əliyev, əvvəlcə elmi işçi, sonra isə “Qərbi Avropa və rus incəsənəti” elmi şöbəsinin müdiri vəzifəsində çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə dünya və milli təsviri sənətimizin öyrənilməsi, təbliği sahəsində səmərəli fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin və görkəmli memarZivərbəy Əhmədbəyovunrəngkarlıq və qrafik əsərlərinin dəqiq atribusiya nəticəsində müəllifliyi müəyyən olunub.
Ziyadxan Əliyev Azərbaycan təsviri sənətin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Tələbə illərində“Qobustan” jurnalında“Şamaxının qədim abidələri” adlı ilk məqaləsini çap etdirməklə sənətşünaslıq elminə qədəm qoyub. Alimin yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.
O, təsviri sənət sahəsində həm də bir çox elmi tapıntılara nail olmuş mütəxəssis kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş “Azərbaycan ekslibrisi” kitabı apardığı tədqiqatın nəticəsində işıq üzü görüb. Bu nəşrdə o, ilk ekslibrisin — kitab nişanınınAvropadanda çox qabaq Şərqdə — Azərbaycanda yaradıldığını sübut edib. Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz möhtəşəm yaradıcılıq irsi qoymuşMir Möhsün Nəvvabınyaradıcılığı haqqında kitab yazıb. “M. M. Nəvvabın rənglər aləmi” kitabında rəssamın təsviri sənət sahəsindəki bütün irsi ətraflı təhlil edilib. Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində hələ sovet dönəmində — 1989-cu ildəAzərbaycan Dövlət İncəsənət Muzeyindərespublikada ilk dəfə olaraq xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı…” adlı tarixi sərgi təşkil olunub.
Ziyadxan Əliyevin Xalq rəssamıSəttar Bəhlulzadəyəhəsr olunmuş “Sənətin Məcnunu” kitabı xüsusi diqqətə layiqdir. Səttar Bəhlulzadə yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr edən sənətşünasın yazdığı bu kitab alimlər tərəfindən təqdirəlayiq tədqiqat əsəri kimi dəyərləndirilir.
Ziyadxan Əliyevin bir alim kimi gənc sənətşünasların yetişməsində müstəsna xidmətlərə malikdir. O, elmi-pedaqoji fəaliyyətini davam etdirir.Azərbaycan Dövlət Pedaqoji Universitetində,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İncəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışırdı.
O, müxtəlif elmi-nəzəri konfransların iştirakçısı və məruzəçisi olub, ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində yaxından iştirak edib.
Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Ziyadxan Əliyev 2006-cı ildə “Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif olunub.
Allah rəhmət eləsin!


