İdman

“Jurnalistlər futbolu elə günə salıblar ki,…” — Ramin Musayev mətbuatdan ŞİKAYƏTLƏNDİ

“Jurnalistlər futbolu elə günə salıblar ki,…” — Ramin Musayev mətbuatdan ŞİKAYƏTLƏNDİ

Xarici şirkətin Azərbaycan Premyer Liqasına sponsorluğuna icazə verilməyib.

Demokrat.az xəbər verir ki, bu barədə PFL-in prezidenti Ramin Musayev jurnalistlərə açıqlamasında bildirib.

Musayev Premyer Liqaya sponsorluq etmək istəyən xarici şirkətlə danışıq apardıqlarını, lakin həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilmədiyini vurğulayıb:

“Hələlik titul sponsorumuz yoxdur. Jurnalistlər futbolu mətbuatda elə günə salıblar ki, bir adam yaxın gəlməyə qorxur. Çalışaq, futbolumuzu təbliğ edək”. (Report)

D
demokrat.az