Xarici siyasət

Prezident İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

Prezident İlham Əliyev: Biz Cənubi Qafqazda sülh qurmalıyıq

"Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq".

Demokrat.azAZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

"Biz Cənubi Qafqazda sülh qurmalıyıq", - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan - red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb

NE
Nihadə Eyyubova