Hadisə

Beyləqanda baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU

Beyləqanda baş verən ağır qəzanın DETALLARI MƏLUM OLDU

Beyləqanda baş verən qəzanın təfərrüatı məlum olub.

Bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantıMübariz AğayevOxu.Az-a məlumat verib.

"Martın 12-də saat 17:00-da Füzuli rayonu, Əhmədbəyli kənd sakini Qəhrəman Qurbanov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən qarşıdan gələn Beyləqan rayon sakini Hüseyn Bəndalızadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Qəhrəman Qurbanovun sərnişini, Füzuli rayonu, Zobçuq qəsəbə sakini 1999-cu il təvəllüdlü Ravin Mübah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev məlumatda qeyd edib.

NE
Nihadə Eyyubova