Aparıcı Mətanət Əliverdiyeva ötən gün yayımlanan "Xəzər axşamı" verilişindən sonra telefonunun susmadığını bildirib.
O, bunun səbəbinibugünkü proqramında belə izah edib:
"Dünən Nazilə Səfərli verilişimdə qonaq olarkən soruşdu ki, oğlunun neçə yaşı var? Hələ evləndirmirsən? Cavab verdim ki, artıq 32 yaşı var. Mən evlənəsi deyiləm ki, nə vaxt münasib bir qız çıxsa, ailə quracaq. Və sonra Nazilə mənə söz atdı ki, bilirəm, 27 yaşında yaxşı bir qız. Vəssəlam, dünəndən nə Nazilənin, nə də mənim telefonum susur.
Oğlum Oqtay dazəng edib ki, "Görənlər məni toyun olacaqdeyib,təbrik edirlər. Mən də qalmışam belə ki, nə toy?". Deyirlər qız evində toydur, oğlannınxəbəri yox. Təki yalan yox, gerçək olsun".(axsam.az)


