Azərbaycanın sovet dövrünün tarixi fotolarda və yaddaşda qalıb.
AzPost“FOTOXRONİKA” layihəsi çərçivəsində oxuculara bu fotonu təqdim edir.
1986-cı ildə çəkilmiş bu fotoda Azərbaycan SSR-in kommunist partiyasının siyasi elitası əks edilib.
ŞəkildəAzərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müaviniArtur Rəsizadə, Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibiFuad Musayev,Şəki Şəhər Partiya Komitəsinin birinci katibiHadı Rəcəbli, Bakı şəhəriNəsimi rayonu partiya komitəsinin 1-ci katibiAfiyəddin Cəlilov, Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibiNurəddin Mustafayev,Azərbaycan KP MK-nin katibiRamiz Mehdiyev, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibiİsa Məmmədov,Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədriLidiya Rəsulovavə digərləri əks edilib.
Foto mükafatlandırma mərasimindən sonra çəkilib.

Yeni rəhbər Mixail Qorbaçovun SSRİ-də başlatdığı yenidənqurma bir neçə ildən sonra siyasi elitada tam fərqli mənzərə yaratdı.
Bu proses sonda Sovet İttifaqının süqutu, müstəqil Azərbaycanın yaranması ilə yekunlaşdı.
Foto çəkdirənlərin isə ən müxtəlif tale yaşadılar.
Şəkildə ayaq üstə duranlardan 2-ci Artur Rəsizadə uzun illər Azərbaycanın Baş naziri postunu tutdu. 3-cü dayanan Fuad Musayev 90-ların siyasi dəyişiklərinin ağrılı prosesini yaşadı, AFFA-nın prezidenti oldu, oradan istefa verdi və ictimai-siyasi həyatı tərk elədi. Sırada 5-ci olan Hadi Rəcəbli də müstəqil Azərbaycanda siyasi karyerasını bərpa edə bildi. O, bir neçə dəfə Milli Məclisin deputatı mandatını daşıdı.
Afiyyədin Cəlilovun həyatı faciəvi bitdi. Milli Məclis Sədrinin birinci müavini postunu tutan Cəlilov 1994-cü ildə sui-qəsd nəticəsində öldürüldü. Oturanlardan 3-cüsü Nurəddin Mustafayev isə siyasi sistemdə yer ala bilmədi. Əvvəlcə “Ağrıdağ” Cəmiyyətinin lideri kimi siyasi karyera qurmağa cəhd etsə də bu baş tutmadı. 5-ci yerdə duran İsa Məmmədov da yeni Azərbaycanın siyasi həyatına dönə bilmədi. Onun da həyatı da faciəvi şəkildə qırılıdı. 2007-ci ildə avtomobil qəzasında həlak oldu.
Fotoda əks olunan Lidiya Rəsulovamüstəqil Azərbaycanda təhsil naziri oldu. 2012-ci ildə vəfat etdi.
Fotoda ən uzunömürlü siyasi karyeranı Ramiz Mehdiyev yaşadı. Sovet Azərbaycanının kommunist idelogiyasına cavabdeh olan Mehdiyev prinsiplərinə yad olan müstəqil Azərbaycanın siyasi elitasındayerini tuta bildi. 1995-ci ildən 2019-cu ilə qədər Azərbaycan siyasi idarəçiliyində mühüm postlar tutan Ramiz Mehdiyev daha sonra istefaya göndərildi.


