Dünya

Orban: Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq

Orban: Almaniya müharibədən sonra ilk dəfə Avropada ən böyük ordu yaradacaq

Martın 6-da Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) sammitində qəbul edilən yenidən silahlanmaplanı Almaniyanın İkinci Dünya müharibəsindən sonra qitədə ən böyük ordu yaratmasına gətirib çıxaracaq.

Bunu Macarıstanın Baş naziri Viktor Orban Milli Ticarət və Sənaye Palatasında iqtisadi məsələlərlə bağlı çıxışı zamanı deyib.

O vurğulayıbki, icmanın bütün 27 üzvünün təsdiq etdiyi plan 800 milyard avroluq paketin formalaşdırılmasını nəzərdə tutur: "Bu,Aİ ölkələrinin müdafiəsinin gücləndirilməsi, silahlı qüvvələrinin təkmilləşdirilməsi və hərbi sənayesinin inkişafına yönəlib. Buna görə Almaniya ordusu Avropanın ən böyük ordusu olacaq".

"Biz İkinci Dünya müharibəsindənbelə bir şey görməmişik. Əsas məsələRusiya və ABŞ-ninbuna necə reaksiya verəcəyidir", - hökumət başçısı hesab edir.

Onun sözlərinə görə, plan əsasən dövlət kreditləri hesabına həyata keçirilməlidir. Beləliklə, milli büdcələrin kəsirinin müəyyən edilmiş səviyyədən yuxarı çıxmasın səbəb olabilər. Bu daAİ-nin formalaşması ilə bağlı Maastrixt müqavilələrinin pozulması deməkdir.

"Bütün Aİ borc içində qala bilər. Macarıstanın əsas qanunu buna icazə vermir. Ona görə də burada hələ də müzakirələr olacaq", - Orban xəbərdarlıq edib. Qeyd edəkki, planın maliyyə hissəsi yenidən baxılmaq üçün geri göndərilib. (Report)

NE
Nihadə Eyyubova