Kriminal

Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi — ANBAAN GÖRÜNTÜLƏR

Qaldırıcı krana çıxıb intihar etmək istəyən şəxs xilas edildi — ANBAAN GÖRÜNTÜLƏR

İntihara cəhd hadisəsinin qarşısı alınıb.

Demokrat.az xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Bildirilib ki, bir nəfər vətəndaş paytaxtın Nizami rayonu ərazisində qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Nicat Mübariz oğlu Şəmiyev qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

NE
Nihadə Eyyubova