Dünya

Fransa Afrikadakı bəzi hərbi bazalarını tərk edib

Fransa Afrikadakı bəzi hərbi bazalarını tərk edib

Paris cümə günü Fransa ordusunun Seneqalda istifadə etdiyi bir neçə obyekti yerli hakimiyyət orqanlarına qaytarıb.

Demokrat.az xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb. "Fransa tərəfi bu cümə günü, martın 7-də Mareşal və Sent-Ekzüperi bölgələrindəki obyektləri və yaşayış yerlərini Seneqal tərəfinə qaytarıb", - məlumatda bildirilir.

Diplomatik nümayəndəlik qeyd edib ki, qalan obyektlər birgə razılaşdırılmış qrafikə uyğun olaraq geri qaytarılacaq.

NE
Nihadə Eyyubova