Dünya

ABŞ tezliklə bir sıra Kanada məhsullarına cavab rüsumları tətbiq edəcək

ABŞ tezliklə bir sıra Kanada məhsullarına cavab rüsumları tətbiq edəcək

ABŞ yaxın vaxtlarda Kanadadan idxal olunan bir neçə mala cavab rüsumları tətbiq etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.

"Kanadalılarla iş çox çətindir. Ottavanın ABŞ-nin süd məhsullarına tarifi 250% təşkil edir. Onlar bizə Kanadaya ağac və ya süd məhsulları göndərməyə imkan verməyəcəklər", - o bildirib.

"Bu, artıq baş verməyəcək. Onlar məhsullarının ABŞ-a göndərilməsinə görə eyni tariflə üzləşəcəklər. Biz bunu bu gün edə bilərik. Ya da bazar ertəsinə və ya çərşənbə axşamına qədər gözləyə bilərik. Lakin biz eyni şeyi edəcəyik: eyni tarifi tətbiq edəcəyik", - Tramp vurğulayıb.

Daha əvvəl Tramp qeyd edib ki, ABŞ bütün ölkələrlə ticarətdə qarşılıqlılıq prinsipinə əməl edəcək.

NE
Nihadə Eyyubova