Sosial

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

4 mart 2025-ci il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə “İdman həftəsi” çərçivəsində 4 uşaq evinin iştirakı ilə idman dırmanması yarışı keçirilib.

Azərbaycan Alpinizm Federasiyasının idman dırmanma zalında keçirilən yarışı Federasiyanın idmançılarından ibarət hakimlər qrupu idarə edib.

Əyləncəli idman dırmanması yarışında oğlanlar arasında I yeri 2 saylı uşaq evi (Bakı), II yeri 1 saylı uşaq evi (Bakı), III yeri Gəncə şəhər uşaq evi tutub.

Qızlar arasında isə I yerin qalibi 1 saylı uşaq evi (Bakı), II yerin qalibi 2 saylı uşaq evi (Bakı), III yerin qalibi Gəncə şəhər uşaq evi olub.

Yarışın sonunda qaliblər mükafatlandırılıb.

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

Azərbaycanda idman dırmanması yarışı keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova