"Artıq ikinci ildir ki, iftar menyuları ilə bağlı danışıram. Bu söhbətlər son 2-3 ildir başlayıb. Yənə bir nəfər üçün 30, 60, 80, 90 manata iftar menyuları təklif olunur. Bir nəfər orucunu açan adam 90 manatlıq nə yeyə bilər? Bir stəkan su içir,şorba yeyir və doyur. Nə boyda adam olur olsun, məndənkökolmayacaq ki...".
Axşam.az xəbər verir ki, bunuaktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, restoranlardakı iftar menyusunun qiymətlərindən şikayətlənib:
"Mən su və xurma ilə orucumu açıram, kiçikşorba yeyirəm, doyuram. Bu90 manat etmir axı. İftar süfrəsietmək istıyirsinizsə, öz normal menyunuza 20-30 faiz endirim edin. Məsələn, başqa vaxt 50 manata olan menyu, 35 manat olacaq. Hə bu olur iftar menyusu. Yoxsa ki, biznes lançda 8 manata satırsınız, axşam olan kimi yanına 2 xurma və bir stəkan su əlavə edib,50, 70, 90 manata qoyursunuz".


