Dünya

Ərdoğan Avropaya xəbərdarlıq edib

Ərdoğan Avropaya xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib.

“Report” xəbər verir ki, o, bu barədəsəfirlərlə iftar proqramında çıxışı zamanıdeyib.

Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir: “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Türkiyənin layiq olmadığıAvropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüzhala çevrilir”.

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.

NE
Nihadə Eyyubova