Hadisə

Tərtərdə minik avtomobili traktora çırpıldı – Ölən var

Tərtərdə minik avtomobili traktora çırpıldı – Ölən var

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Demokrat.azoxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpıb.

Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az