Dünya Özəl

Asiya ölkəsi dünyanın ən uzun qaz kəmərini çəkəcək

Asiya ölkəsi dünyanın ən uzun qaz kəmərini çəkəcək

Hindistanın dövlət neft emalı zavodları iyun ayına qədər dünyanın ən uzun mayeləşdirilmiş neft qaz kəmərini tikib istifadəyə verəcək.

Demokrat.az xəbər verir ki, bu barədəadı açıqlanmayan sənaye rəsmisi məlumat verib.

Mənbənin sözlərinə görə, qaz kəmərinin dəyəri 1,3 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

2800 km uzunluğunda boru kəməri qərb sahilindəki Kandladan şimaldakıQoraxpur şəhərinəqədər uzanacaq. “Indian Oil” şirkətinin boru kəmərləri üzrə direktoru N.Senthil Kumar bildirib ki, layihənin birinci mərhələsinin mart ayında işə salınması planlaşdırılır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova