İtaliyanınmüdafiə naziri Guido Crosetto “X”sosial şəbəkəsində bəzi Avropa liderləri arasında avropalı sülhməramlılarınUkraynayagöndərilməsi ilə bağlı davam edən müzakirələri tənqid edib.
Demokrat.az xəbər verir ki, o, bəyan edib ki, Avropa İttifaqı daxilində ümumi dialoq olmadan belə bir qərar qəbul edilə bilməz.
Fevralın 26-da Britaniyanın “The Economist” jurnalıyazıbki,FransavəBöyük BritaniyaUkraynada öz hərbi kontingentini yerləşdirməyi planlaşdırır.
Lakin söhbət döyüş təmas xəttindən yox, şəhərlərdən, limanlardan, atom elektrik stansiyalarından və digər infrastruktur obyektlərindən gedir.
Əfsanə Kamal Demokrat.az


