Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində batan balıqçıların kimliyi bilinib.
Demokrat.az Teleqraf-a istinadən xəbər verir ki, həmin şəxslərdən biri rayonun Seyidlər kənd sakini, 2003 cü il təvəllüdlü İsmayıl Şubliyev, digəri isə Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Muşviq İsmayılovdur.
İlkin məlumata görə, hadisə qayığın aşması nəticəsində baş verib.
Batan şəxlərin axtarışları davam etdirilir.
***
Mingəçevir Su Anbarının Samux rayonu ərazisinə düşən hissəsində orta yaşlı iki nəfər batıb.
Demokrat.azTeleqraf-a istinadən xəbər verir ki, hadis rayonun Qarağaclı kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Batan şəxslərin axtarışları davam edir. Həmin şəxslərin balıqçı olduğu ehtimal olunur.


