Dünya Özəl

Türkiyə Putin-Tramp görüşünü təşkil etməyə hazır olduğunu bildirib

Türkiyə Putin-Tramp görüşünü təşkil etməyə hazır olduğunu bildirib

Türkiyə hakimiyyəti Amerika və Rusiya liderləri arasında görüş təşkil etməyə, Ukraynaüzrə danışıqlara hər cür dəstəyi verməyə hazırdır.

Demokrat.az xəbər verir ki, bu barədəRİA Novosti məlumat yayıb. Mənbə bildirib ki, diplomatik kanallar vasitəsilə daim siqnallar verilir, liderlərin görüşünə qədər istənilən vasitəçiliyə hazırdırlar.

Fevralın 18-dəƏr-Riyadda Rusiya vəABŞnümayəndələri arasında danışıqlar başa çatıb. 4,5 saat davam edən görüşdə digər məsələlərlə yanaşı, Ukrayna münaqişəsinin həlli üçün təmasların təşkili müzakirə olunub.

ABŞ dövlət katibiMarko RubiovəRusiyanın xarici işlər naziriSergey LavrovUkrayna üzrə danışıqlar qruplarının yaradılması barədə razılığa gəliblər.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova