Dünya Özəl

"Red Bull" pilotu "Formula1" üzrə mütləq rekorda imza atıb

Red Bull pilotu Formula1 üzrə mütləq rekorda imza atıb

"Red Bull" komandasını təmsil edən holland pilot MaksVerstappen "Formula 1" tarixində birinci yerdə olan günlərin sayına görə mütləq rekordu qırıb.

Demokrat.az xəbər verir ki, dünən pilotun ümumi sıralamada lider olmasının 1000-ci günü tamam olub. Verstappen 2022-ci il mayın 22-də Barselona Qran Prisində Ferrari komandasının pilotuÇarlz Leklerkiüstələyib və o vaxtdan turnir cədvəlinin zirvəsində qalır.

Seriyanın müddətinə görə ikinci və üçüncü yerləri yeddiqat Formula 1 çempionuMixael Şumaxertutur. Hollandiyalı həm də bir mövsümdə ən çox qalibiyyət və Formula 1 Qran Prisində ardıcıl ən çox qalibiyyət rekorduna sahibdir.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova