Sosial

“Bayrağa hörmət hər gün, hər saat təbliğ edilməlidir, ildə bir dəfə yox” - Sərdar Cəlaloğlu

“Bayrağa hörmət hər gün, hər saat təbliğ edilməlidir, ildə bir dəfə yox” - Sərdar Cəlaloğlu

“Dövlət atributlarından hər hansı birini məxsusi olaraq fərqləndirməyə, düşünürəm ki, ehtiyac yoxdur”.

Demokrat.azxəbər verir ki, bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Partiya sədri qeyd edib ki, bayraq sevgisi yalnız Dövlət Bayrağı Günündə deyil, hər gün, hər saat təbliğ edilməlidir:

“Vətəndaşlarda dövlətin bütün atributlarına hörmət və ehtiram təbliğ olunmalıdır. Bizdə İstiqlal Günü var. Bizə gerbi də, bayrağı da o gün gətirib.

Təbliğata gəlincə, hər gün, hər saat bayrağa hörmət təbliğ edilməlidir. Yoxsa ildə bir dəfə aksiya şəklində bayraq amilinə diqqət yetirmək doğru deyil”.

Demokrat.az

D
demokrat.az