Kriminal

“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı — Daha bir güzəşt istəyir (FOTO)

“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı — Daha bir güzəşt istəyir (FOTO)

Dörd il əvvəl Novxanı-Sumqayıt yolunda “Range Rover”lə qəza törədərək dörd nəfərin ölümünə səbəb olan “Əlincə” futbol klubunun prezidentiElşad Kəlbəliyevməntəqə tipli cəzaçəkmə müəssisəsindən də azad olmaq istəyir.

Demokrat.az“Qafqazinfo”ya istinadən xəbər verir ki,Kəlbəliyev artıq yerli məhkəməyə müraciət edib.

Məlumat üçün deyək ki, dörd nəfərin ölüm işində təqsirli bilinən Kəlbəliyev cəmi iki il ümumi rejimli həbsxanada qalıb. Ondan sonra həbs müddəti 5 ilə endirilib, cəzaçəkmə yeri yüngülləşdirilib. Prokuror həmin qərardanprotest versə də,məhkəmə öz qərarını dəyişməyib.

Keçmiş iş adamı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyü üçün müəyyən vaxtlarda azadlıqda qala bilir. İndi isə qalan 1 il 4 aylıq cəzasını da şərti çəkmək istəyir. Böyük ehtimal, gələn həftə hakim qərarını açıqlayacaq.

Qeyd edək ki, “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyevbu cinayətəgörə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 9 il azadlıqdan məhrum edilmişdi.Sonradan Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.

“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı — Daha bir güzəşt istəyir (FOTO)

NE
Nihadə Eyyubova