Gündəm

Gürcüstanla sərhəd açılır? — Bakı-Tbilisi reysinə dair RƏSMİ AÇIQLAMA

Gürcüstanla sərhəd açılır? — Bakı-Tbilisi reysinə dair RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb".

Bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib.

O, aprel ayından başlayaraq Gürcüstanla dəmir yolu əlaqəsinin bərpa edillməsi barədə iddiaları belə cavablandırıb:

“Hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb. Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir”.

Xatırladaq ki,gununsesi.infohökumətdəki mənbələrə istinadlaAzərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunduğunu iddia edib.

İddiayagörə, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.

Sərnişindaşıma İsveçrənin "Stdadler" şirkətinin qatarları vasitəsilə həyata keçiriləcək.

Əlavə edək ki, Nazirlər Kabinetinin qərarı ilə (27 dekabr 2024-cü il) xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 aprel saat 06:00-dək uzadılıb.(Yenisabah.az)

NE
Nihadə Eyyubova