Bu gün ölkənin biznes və maliyyə mühitinə yenilik gətirənBir ekosistemi rəsmi olaraq ictimaiyyətə təqdim olunub.
Bir ekosistemPAŞA Holdingtərəfindən yaradılıb və holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilər üçün daha rahat istifadə təcrübəsi təmin etməyi hədəfləyir.
EkosistemBirbank, m10, MilliÖn, Umico.azvə holdinqin birgə müəssisələri olanBakıKartvəTrendyol Azərbaycanın xidmətlərini bir araya gətirib.
TədbirBirekosistemin İcraçı Direktoru Fərid Məmmədovunçıxışı ilə başlayıb.
O, qeyd edib ki, ekosistemin əsas məqsədimüştərilərin gündəlik ehtiyaclarına təbii şəkildə inteqrasiya olmaqla onlara uyğun həllər təklif etmək və yeni imkanlar yaratmaqdır.
“Biz müştərilərimizə yalnız xidmət təqdim etmirik, onların həyatını asanlaşdıran və dəyər qazandıran bir mühüt yaradırıq”– deyə o çıxışında vurğulayıb.
Bir ekosistemölkənin maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində aparıcı rol oynayanBirbank, Umico.az, m10vəMilliÖnbrendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistemTrendyol AzərbaycanvəBakıKartkimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Belə ki, müştərilər artıq partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Umico.az-da Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalana bilirlər. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə dörd əsas yenilikçi konsept üzərində qurulub: Vahid giriş, bonus, ödəniş və kredit platforması. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.
Tədbirin sonundaFərid MəmmədovBir Ekosistemingələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib:
“Biz innovativ və dəyər yaradan həllər təqdim etməyə davam edəcəyik. Hədəfimiz, ölkənin hər bir vətəndaşının həyatına real təsir göstərmək və onların gündəlik ehtiyaclarını daha rahat və sərfəli etməkdir”.
Rəsmi təqdimat mərasimindəBir ekosistemini təşkil edən şirkətlərin – Birbank, Umico.az və M10, MilliÖn Baş icraçı direktorları Fərid Hüseynov, Rauf Qulaməliyev və Samir Məmmədovrəhbərlik etdikləri şirkətlərin ekosistemdəki rolları barəsində ətraflı məlumat təqdim ediblər.
Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.


