Dünya Özəl

Krımda 20 minə yaxın insan işıqsız qalıb

Krımda 20 minə yaxın insan işıqsız qalıb

Krımda qəza nəticəsində 18,3 mindən çox insan işıqsız qalıb.

Demokrat.az xəbər verir ki, bu barədə Krım Respublikasının Yanacaq və Energetika Nazirliyi məlumat verib.

Məlumatda deyilib ki, hava şəraitinin pisləşməsinin və küləyin sürətinin saniyədə 20 metrə çatması səbəbindən Krım Respublikasının “Krımenerqo” Dövlət Unitar Müəssisəsinin şəbəkələrində texnoloji fasilələr yaranıb.

Simferopol , Kerç , Feodosiya, eləcə də Sakski, Leninski və Simferopol rayonlarında yaşayış məntəqələrinin abonentləriişıqsız qalıb. Ümumilikdə 139 transformator yarımstansiyası elektrik enerjisindən ayrılıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova