İtaliyanın şimalındakı Parma şəhəri yaxınlığında helikopter qəzaya uğrayıb.
Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb.
Ölənlər helikopterdəki iki pilot və sənaye şirniyyat məhsulları sektorununöndə gedən adlarından olan iş adamı Lorenzo Rovaqnatidir.
Bildirilib ki, Rovaqnati adətən çərşənbə günləri Milandan Kastel - Qvelfodakı malikanəsinə helikopterlə gedirmiş.
İlkin məlumata görə,qəzaya sıx dumana görə görmə qabiliyyətinin azalması və yaquyruq pərvanəsindəki mexaniki nasazlıq səbəb olub.
Faktla bağlı araşdırma aparılır.




