“İndi bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamı. Buna bir əncam çəkmək lazımdır”.
Demokrat.azBizim.Media-ya istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hakimlərin reklamının qadağası bəzi televiziya kanallarının ziyanına işləyəcək:
"Bu dərəcədə həkim reklamı düz deyil. İstərdim ki, yaz sessiyasının planında “Reklam haqqında” qanuna dəyişiklik olunsun. Özəl televiziyalara bu ziyan vuracaq. Özəl televiziyalar arvad davası və həkim, dərman reklamından dolanırlar".


