Dünya

Türkiyə Ordusu Suriyada yeni əməliyyat keçirdi: 23 terrorçu öldürüldü

Türkiyə Ordusu Suriyada yeni əməliyyat keçirdi: 23 terrorçu öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının 23 üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.

D
demokrat.az