Dünya Özəl

Əsədin əmisi oğlu Suriyada saxlanılıb

Əsədin əmisi oğlu Suriyada saxlanılıb

Suriyanın yeni hakimiyyət orqanları Əsədin əmisi oğlunu saxlayıb.

Demokrat.az xəbər verir ki, Suriyanınyeni hakimiyyət orqanları keçmiş prezident BəşərƏsədinəmisi oğluAtef Nəcibi saxlayıb. Bu barədəSuriyatelekanalı məlumat yayıb.

“Nəcib Suriya xalqına qarşı cinayətlərdə iştirak edənlərdən biri hesab olunur. Onun həbs olunması hakimiyyətin Suriya xalqına qarşı qanun pozuntularında iştirak edənləri məsuliyyətə cəlb etmək və regionda təhlükəsizlik və sabitliyi gücləndirmək səylərinin bir hissəsidir”- deyə LazkiyəƏyaləti Asayiş Müdirliyi polkovnik-leytenant Mustafa Knefati məlumat verib.

Nəcib Latakiyada həbs edilib. Xəbərdə qeyd olunur ki, Əsədin dövründə o, Suriyanın cənubundakı Dəra əyalətində siyasi təhlükəsizlik departamentinin rəhbəri postunu tutub.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova