Gündəm

Bu ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb — FAKTİKİ HAVA

Bu ərazilərdə 10 dərəcəyədək şaxta qeydə alınıb — FAKTİKİ HAVA

Yanvarın 31-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-averilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

NE
Nihadə Eyyubova