Dünya Özəl

Alimlər yaşamaq üçün potensial super Yer tapıblar

Alimlər yaşamaq üçün potensial super Yer tapıblar

Yerdən 20 işıq ili uzaqlıqda ekzoplanet kəşf edilib.

Demokrat.az xəbər verir ki, planeti Cenevrə Universitetinin isveçrəli alimlərikəşf ediblər. Yeni HD 20794 d ekzoplaneti dünya ulduzun yaşayış zonasında yerləşir. Bu da həyatı dəstəkləmək üçün şəraitin olması şansından xəbər verir.

Müşahidələr göstərib ki, HD 20794 d planetimizdən 19,7 işıq ili uzaqlıqda yerləşir. Bu da Kainat miqyasında yaxın qonşuluq sayıla bilər.

HD 20794 d Yerdən təxminən altı dəfə böyük olan super Yerdir. Ulduzla planet arasındakı məsafə onun səthində maye suyun mövcud olmasına şərait yaradır. HD 20794 d-də su varsa, planet ulduz ətrafında fırlanan kimi buz vəziyyətindən həyat üçün əlverişli maye vəziyyətə keçəcək.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova