İran ABŞ-ı təhrik edə biləcək hərəkətləri minimuma endirmək istəyir.
Demokrat.az xəbər verir ki, bu barədəFinancial Timesqəzetiyazıb.
Hesabatda deyilir ki, İran son nəticədə razılaşma əldə olunmasa belə,Vaşinqtonutəhrik edə biləcək hərəkətləri minimuma endirməyə çalışır.
Xamneyinin qohumu isə bildirib ki, Yaxın Şərqdəki münaqişələr İran liderlərini ölkənin regiondakı gücü ilə bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edib.
İranın iqtisadi sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdıracağını öhdəsinə götürdüyü nüvə sazişi 2015-ci ildəBöyük Britaniya,Almaniya,Çin, Rusiya, ABŞ vəFransanıniştirakı ilə imzalanıb. Sənəd İranın üzərinə uranın 15 il ərzində 3,67%-dən çox zənginləşdirilməsindən imtina və zənginləşdirilmiş uran ehtiyatlarının 300 kq-dan çox olmayan səviyyədə saxlanılması da daxil olmaqla öhdəliklər qoyur.
ABŞ daha sonra birtərəfli qaydada sazişdən çıxıb.
Əfsanə Kamal Demokrat.az


