Dünya Özəl

Əfqanıstan çağırış etdi: Beynəlxalq Cinayət Məhkəməsi...

Əfqanıstan çağırış etdi: Beynəlxalq Cinayət Məhkəməsi...

Beynəlxalq Cinayət Məhkəməsi Talibana deyil, ABŞvə İsrailin hərəkətlərinə diqqət yetirməlidir.

Demokrat.az xəbər verir ki, Əfqanıstanındaxili işlər nazirinin müavini Məhəmməd Nəbi Öməri deyib. O bildirib ki, bunlar ədalətli və vicdanlı məhkəmələr olsaydı, Amerikanı məsuliyyətə cəlb etməli idilər, çünki müharibələri başladan Amerikadır.

Bundan əlavə, Nəbi Öməri İsrailin baş naziriBenyamin Netanyahununda məsuliyyətə cəlb edilməli olduğunu vurğulayıb.

Dünən Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruKərim XanTalibanın ali lideri Heybətullah Axundzadə və Əfqanıstanın baş hakimi Əbdül Hakim Həqqaninin həbsi üçünvəsatət qaldırıb.

Prokurorlar deyirlər ki, onlar əfqan qadın və qızlarını təqib etmək, həmçinin onların gender gözləntilərinə uyğun gəlməyən və ya qadın hüquqlarını dəstəkləyənləri təqib etmək üçün məsuliyyət daşıyırlar.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova