Sosial

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

Azəriqaz rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin Salyan rayonunda vətəndaş qəbulu keçiriləcək.

24 yanvar saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Salyan və Neftçala rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Salyan Regional qaz istismarı İdarəsinə (tel: 050-845-94-81; 055-510-59-95) müraciət edə bilərlər.

D
demokrat.az