Gündəm

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Vüsal Aslanov: Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir

2030-cu ilin sonuna qədər Bakı şəhərində10yeni metropoliten stansiyası tikiləcək, bununla4kəsişmə stansiyası olacaq.

"Report"xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov bildirilib.

"2030-cu ilin sonuna qədər Bakı şəhərində10yeni metropoliten stansiyasının tikilərək təhvil verilməsi tapşırığını almışıq. Bu, nəqliyyat sahəsində böyük bir inkişaf deməkdir. Bu, Bakı şəhərinin ümumi mobilliyinin təmin olunması sahəsində görüləcək tədbirlərdən biridir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhərinin "rəqəmsal əkiz" layihəsi hazırlanıb. Müxtəlif mənbələrdən əldə olunmuş milyonlarla data təhlil edilərək paytaxt sakinlərinin hərəkət trayektoriyası müəyyən edilib, sıxlıq yaradan səbəblər və "dar boğaz"ların həll edilməsi metodları təhlil olunub. Ümumilikdə, ictimai nəqliyyatın bütün sahələri təhlil edilərək Bakı şəhərinin mobillik planı hazırlanıb", - o vurğulayıb.

V. Aslanovun sözlərinə görə, yeni10stansiyanın konseptual yerləri artıq bəllidir: "Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, "Memar Əcəmi" stansiyasında "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin kəsişməsi, digəri isə "28 May" stansiyasında "qırmızı" xətt ilə "yaşıl" xəttin kəsişməsidir. Tikiləcək10stansiyada isə4əlavə kəsişmə olacaq. Bunlar "Nizami" metrosunda "Bənövşəyi" xətt ilə "Yaşıl" xəttin, "Sahil" metrosunda "Qırmızı" xətt ilə "Bənövşəyi" xəttin, "Xətai" metrosunda "Yaşıl" xətt ilə "Bənövşəyi" xəttin və nəhayət, "Həzi Aslanov" stansiyasında "Yaşıl" xətt ilə "Qırmızı" xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərin daha çevik marşrutlarla hərəkət etməsinə və sıxlığın azalmasına ciddi təsir göstərəcək".

NE
Nihadə Eyyubova