Xarici siyasət

İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

İrakli Kobaxidze: Gürcüstan Azərbaycanla ticarəti genişləndirməyə hazırdır

Rəsmi Tbilisi Azərbaycanla bütün sahələrdə münasibətləri intensivləşdirməyi hədəfləyir.

Demokrat.azxəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

"Biz şadıq ki, Azərbaycan Gürcüstanın ilk beş ticarət tərəfdaşı sırasındadır və ticarəti genişləndirməyə hazırıq", - o bildirib.

İ.Kobaxidze vurğulayıb ki, Azərbaycan və Gürcüstan Avropanı Asiya ilə birləşdirir:

"Buna görə də bu potensialdan maksimum istifadə etmək lazımdır". (Report)

D
demokrat.az