Sosial

Bakı Ali Neft Məktəbinə yeni prorektor TƏYİN OLUNDU

Bakı Ali Neft Məktəbinə yeni prorektor TƏYİN OLUNDU

Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.

Demokrat.azModern.az-a istinadən xəbər verir ki, b u vəzifəyə Güldənə Hidayətli təyinat alıb. Məlumatı BANLM-ın rektoru Elmar Qasımov da təsdiqləyib.

Güldənə Hidayətli BANM-ın yetirməsidir. O, Ali Məktəbdə həm bakalavriat, həm də maqistratura pilləsini bitirib.

G.Hidayətli BANM-ı bitirəndən sonra rəhbərliyin tövsiyəsilə burada fəaliyyətə başlayıb.

O, əvvəlcə Kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb. G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.

NE
Nihadə Eyyubova