Dünya

İtaliyada bank və şirkətlərə haker hücumu edildi

İtaliyada bank və şirkətlərə haker hücumu edildi

İtaliyada bəzi banklar, özəl şirkətlər kiberhücuma məruz qalıb.

Oxu.Azbu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Belə ki, kiberhücuma bir neçə bank və özəl şirkət, eləcə də limanlar məruz qalıblar.

Kiberhücumun rusiyayönlü "NoName057" adlı hakerlər qrupu tərəfindən həyata keçirildiyi bildirilir.

Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı da İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumlara məruz qalmışdı.

NE
Nihadə Eyyubova