Müasir dünyada kütləvi informasiya vasitələrinin rolu gün keçdikcə daha da artır. Təsadüfi deyil ki, KİV-lər artıq obrazlı şəkildə hakimiyyətin “dördüncü qolu” adlandırılır. Üstəlik, qlobal miqyasda informasiya müharibələrinin əsas hücum silahlarından birinə çevrildiyini nəzərə alsaq, mətbuatın nə qədə böyük güc olduğunu daha aydın şəkildə görə bilərik.
Bundan əlavə, “söz ən qorxulu silahdır” deyimini də unutmamalıyıq. Sözlə düzgün davranmayanda bundan təkcə onun müəllifi yox, həm də cəmiyyət çox ciddi zərər görür. Əvvəlki illərdə ölkəmizdə ucuz populyarlıq, “şok xəbər” hesabına izləyici toplamaq istəyən bəzi mətbuat subyektləri milli və dövlət maraqlarımıza ciddi təhdidlər yaradırdı.
MEDİA-nın yaradılması zəruri idi…
Təbii ki, media sahəsindəki problemləri və boşluqları aydın şəkildə görən Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə lazımi tədbirlər gördü. Belə ki, 44 günlük müharibədən böyük zəfərlə çıxan Azərbaycanda ölkə başçısının ilk önəm verdiyi məsələlərdən biri də mətbuatımızın inkişafı oldu. Çünki yeni hədəflərə doğru qətiyyətli addımlar atan, dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan dövlətinin dayanıqlı və savadlı mətbuata ehtiyacı vardı.

Yeni yaradılmış MEDİA-nın əsas hədəfi mətbuatın inkişafını dəstəkləmək, media sahəsində peşəkar kadrlar hazırlamaq, bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqini stimullaşdırmaq idi.
Bəs, ötən 4 ildə Agentlik qarşısına qoyulmuş hansı hədəflərə çatıb?
Ötən dörd il ərzində mediamızın inkişafı, müsbət yöndəki dəyişikliklər göz önündədir. İlk növbədə, media sahəsində stabil, normal situasiya formalaşıb.
Üstəlik, jurnalistlərin peşəkarlığı xeyli dərəcədə artıb. Artıq media işçiləri dövlətçilik maraqlarına, cəmiyyətin inkişafını prioritet məsələ hesab edir, öz fəaliyyətlərində jurnalistikanın prinsiplərinə daha çox önəm verirlər.

MEDİA reyestri nələri dəyişdi?
Medianın İnkişafı Agentliyinin fəaliyyəti dövründə görülən işlərə nəzər salsaq,media reyestrinin yaradılmasını xüsusilə qeyd etməliyik. Belə ki, MEDİA-nın təşəbbüsü ilə 2021-ci ilin oktyabr ayında media reyestri fəaliyyətə başlayıb.Bu reyestr Azərbaycanda jurnalistikanı kəmiyyət və keyfiyyət baxımından dəyərləndirmək üçün statistika toplanmasına imkan verir.
Reyestrməlumat xarakteri daşıyan elektron data sistemidir. Burada jurnalistlərin sayı, təhsil səviyyəsi, media subyektlərinin əməkdaşları, təsisçiləri, məsul redaktorları haqqında cəmlənmiş statistika nəzərdən keçirilir, onun əsasında təhlillər aparılır.
Üstəlik, reyestrdən keçmək üçün qoyulmuş müvafiq tələblər mətbuatımızın peşəkarlaşmasında mühüm rol oynadı. Belə ki, heç bir media prinsipini gözləmədən fəaliyyət göstərənlər təbii olaraq, reyestrdənkeçə bilmədilər. Peşəkarlar isə öz fəaliyyətlərinə daha rahat davam etmək imkanı qazandılar. Nəticədə isə mediamız böyük ölçüdə qeyri-peşəkarlardan təmizləndi, həm də redaksiyaların öz aralarında azad rəqabət apara bilməsi üçün əlverişli mühit formalaşdı. Nəticədə, mətbuatımız rəqabətə davam gətirə bilməyən “jurnalist”lərdən böyükölçüdə təmizləndi.
MEDİA-nın jurnalistlər üçün yaratdığı imkanlar…
Agentliyin daha bir uğuru isə jurnalistlərin güzəştliipotekaalan kateqoriyaya daxil edilməsidir. Burada söhbət yalnız jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından getmir. Bu, dövlətin jurnalistə verdiyi önəm və diqqətin göstəricisidir. Sosial ipoteka alanlar cəmiyyətin həssas, qayğıya ehtiyacı olan və seçilmiş təbəqəsidir. Buraya jurnalistlərin də əlavə edilməsini ciddi uğur hesab etmək olar.

Jurnalistlərin peşəkarlığının yüksəldilməsi üçün atılan addımlar
MEDİA-nın jurnalistlərin peşəkarlığının artırılması istiqamətində gördüyü işləri isə xüsusi qeyd etməliyik. Belə ki, Agentlik tərəfindən mütəmadi olaraq jurnalistlər üçün fərqli istiqamətlərdə təlimlər keçirilir. Xüsusilə də, MEDİA jurnalistika sahəsində dünya təcrübəsinin jurnalistlərimizə çatdırılması üçün nüfuzlu media qurumlarında çalışan xarici mütəxəssisləri ölkəmizə tez-tez dəvət edir. Agentliyin təşkilatçılığı ilə xarici mütəxəssislərin təlimləri təşkil olunur, jurnalistlərə yeni media trendləri ilə bağlı mütəmadi treninqlər keçilir.

Media savadlılığı
Medianın İnkişafı Agentliyi jurnalistlərin fərdi inkişafına, media savadlılığının artırılmasına da xüsui diqqət yetirir. Bu məqsədlə dekabrın 16-22-də təşkil olunanMedia Savadlılığıhəftəsinin önəmini xüsusilə qeyd etməliyik. Media savadlılığı həftəsi çərçivəsində mətbuat orqanlarının fəaliyyətində peşəkarlığın artırılması məqsədilə Medianın İnkişafı Agentliyi tərəfindən bir sıra tədbirlərhəyata keçirilib.
Ən önəmli məqam isə ondan ibarətdir ki, media savadlılığının artırılması istiqamətində görülən işlər təkcə paytaxt Bakı ilə yekunlaşmadı, həm də regionlarıəhatə etdi.Bu isə MEDİA-nın peşəkarlığa və mətbuatımızın kompleks inkişafına verdiyi önəmin göstəricisidir.
Şuşa Qlobal Media Forumları
MEDİA-nın 4 illik fəaliyyəti dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də heç şübhəsiz Şuşada Qlobal Media Forumlarının uğurla təşkil edilməsi idi. Belə ki, 2023-cü ilin 21-23 iyul tarixlərində I Şuşa Qlobal Media Forumu təşkil olundu.

2024-cü ilin iyulunda təşkil olunan II Şuşa Qlobal Media Forumuna isə 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən, 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatılıb.

Beynəlxalq tərəfdaşlıq
4 illik fəaliyyəti dövründə Medianın İnkişafı Agentliyi beynəlxalq tərəfdaşlığın qurulması istiqamətində mühüm addımlar atıb. MEDİA-nın rəhbərliyi Qlobal Media Konqresi, Dünya Media Sammiti kimi nüfuzlu tədbirlərdə iştirak edib. Üstəlik, bir sıra ölkələrlə media sahəsində əməkdaşlığın qurulması istiqamətində də mühüm işlər görülüb. Belə ki, Qazaxıstan, Özbəkistan, Albaniya kimi ölkələrin rəsmiləri ilə media sahəsində tərəfdaşlığın qurulması istiqamətində bir sıra görüşlər keçirilib, əməkdaşlıqla bağlı sənədlərimzalanıb.

Medianın İnkişafı Agentliyinin 4 illik fəaliyyətində qazandığı nailiyyətlər və Azərbaycan mətbuatının dəyişən siması göz önündədir. Belə ki, müasir çağırışların tələblərinə uyğun fəaliyyətini quran Agentlik Azərbaycan mediasının inkişafına hərtərəfli dəstək göstərir. Qurumun təşkil etdiyi seminarlar, müsabiqələr və digər tədbirlər həm medianın inkişafına, həm də jurnalistikada yeni nəslin formalaşmasına, eyni zamanda əhalinin media savadlılığının artırılmasına xidmət edir.
2024-cü il yanvarın 26-da Medianın İnkişafı Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılmasını da mütərəqqi hadisə kimi qeyd etməliyik. Belə ki, MEDİA-nın Naxçıvan Regional İdarəsi bir ildən az müddətdir fəaliyyət göstərsə də, Muxtar Respublikada bu dövr ərzində jurnalistikanın inkişafı üçün çoxsaylı addımlar atılıb. Xüsusilə də, jurnalistika üzə kadr hazırlığının inkişaf etdirilməsi üçün Naxçıvanda mütəmadi olaraq təlimlər təşkil olunub.

Göründüyü kimi, Azərbaycan mətbuatı MEDİA-nın fəaliyyət göstərdiyi 4 ildə daxili media münasibətlərində və qlobal media məkanında yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu da təbii ki, son nəticədə vətəndaş-dövlət birliyinə gətirib çıxaran ən önəmli amillərdən biridir.


