Dünya Özəl

Tibet zəlzələsində ölənlərin sayı artıb

Tibet zəlzələsində ölənlərin sayı artıb

Tibetdə zəlzələ nəticəsində 126 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədəSinxuaagentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 13.00-a olan məlumata görə, 126 nəfər həlak olub. Daha 188 nəfər yaralanıb.

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 7,1 bal gücündə güclü zəlzələ baş verib.

Seysmoloqlar 49 yeraltı təkan qeydə alıblar və Everest artıq turistlər üçün bağlanıb.

Çin prezidentiXi Jinpingqurbanların sayını minimuma endirmək üçün xilasetmə əməliyyatına göstəriş verib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova